Avtomobil qaçırdığına görə tutulmuş Bakı şəhər sakini Emil İsmayılovun digər cinayət əməlləri də müəyyən edilmişdir
05.11.2014Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Metropalitendə Polis Şöbəsi və Suraxanı 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da İslam Teymurova, sentyabrın 10-da Böyükağa Cabbarova və oktyabrın 10-da Vahid Şıxbabayevə məxsus avtomobilləri qaçırmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İsmayılov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakinləri Zahir Əzizov və İlqar Müslümlü ilə birgə noyabrın 1-də Məhərrəm Rzayevə məxsus avtomobildən maqnitofon və sənəd oğurlaması da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliuyyat-axtarış tədbirləri ilə Z.Əzizov və İ.Müslümlü də tutulmuşlar.