Ağdam rayonunun Quzanlı qəsəbəsində yol-nəqliyyat hadisəsi
04.11.2014Noyabrın 4-də saat 12 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində Qərvənd kənd sakinləri İlham Abbasovun idarə etdiyi “VAZ-2107” və Əhliman Quliyevin idarə etdiyi “Lifan” markalı avtomobillər toqquşmuşdur. Hər 2 sürücü və Ə.Quliyevin 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Ağdam RPŞ tərəfindən araşdırma aparılır.