Yevlax rayonunun Hürüuşağı kəndində yol-nəqliyyat hadisəsi
02.11.2014Noyabrın 2-də saat 13 radələrində Yevlax rayonunun Hürüuşağı kəndində Mingəçevir şəhər sakini İlqar Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırmışdır. Sürücü hadisə yerində ölmüş, 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.