Gün ərzində 68 cinayət faktı qeydə alınmışdır
01.11.2014Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 68 cinayət faktı qeydə alınmış, onların da 33-ü “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 8 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.