Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Mağazadan oğurluq etdikdən sonra yandırmış Yevlax rayon Havarlı kənd sakinləri Elçin İsgəndərov və Asif Nəsibov tutulmuşlar

29.10.2014

Oktyabrın 15-nə keçən gecə Yevlax rayonunun Aşağı Bucaq kəndində kənd sakini Elnur Kərimova məxsus mağazada yanğın baş vermişdir. Nəticədə 12 kvm. sahədə mağazanın yanar konstruksiyaları və oradakı ərzaq məhsulları qismən yanmışdır.

Yevlax RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı mağazadan Havarlı kənd sakinləri Elçin İsgəndərov və Asif Nəsibov tərəfindən ərzaq məhsulları oğurlanması və sonradan yandırılması müəyyən edilmiş və onlar tutulmuşlar.

A.Nəsirovun evinə baxış zamanı 2 ədəd çətənə kolu da aşkar edilərək götürülmüşdür.

29.10.2014 tarixinə olan kriminal məlumatlar