Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Şübhəli şəxs qismində saxlanılan Kəlbəcər rayon sakini Qurban Məhəmmədlinin cinayət əməlləri müəyyən edilmişdir

23.10.2014

Tərtər RPŞ əməkdaşları tərəfindən Kəlbəcər rayon sakini Qurban Məhəmmədli şübhəli şəxs qismində saxlanılaraq RPŞ-yə aparılmış və üzərinə baxış zamanı 88 ədəd açar və 27 ədəd yaddaş kartı götürülmüşdür.

Q.Məhəmmədlinin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, cari ilin  aprel - iyul ayları ərzində Tərtər şəhər İcra Nümayəndəliyinin inzibati binasında yerləşən rayon qeydiyyat şöbəsinin işçisi Elşən Quliyevin xidməti otağından 80 manat, yaddaş kartı, rayon Peşə Məktəbinin direktoru Faiq Məmmədovun xidməti otağından 500 manat, Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin Tərtər rayon şöbəsinin işçisi Nazim Səfərovun xidməti otağından 330 manat və yaddaş kartı oğurlaması müəyyən edilmişdir.

23.10.2014 tarixinə olan kriminal məlumatlar