Xaçmaz rayonunun Qusarçay kənd sakinləri Zöhrab Novruzəliyev, Elzamin Orucov və Cəlal Cəfərovun 100 kq qoz ləpəsi oğurladıqları müəyyən edilmişdir
19.10.2014Cari il aprel ayından oktyabr ayınadək olan müddətdə Xaçmaz rayonunun Qusarçay kənd sakini Elnur Mursaquliyevin həyətindən 100 kiloqram qoz ləpəsi oğurlanmışdır.
Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun kənd sakinləri Zöhrab Novruzəliyev, Elzamin Orucov və Cəlal Cəfərov tərəfindən törədilməsi müəyyən edilmişdir.