DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmış dəstə üzvləri tutulmuşlar

17.10.2014

Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Münasib Hüseynliyə məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Fərid Əsgərov, Əziz Quliyev və Mirsaleh Axundov tutulmuşlar. F.Əsgərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 26-27-də Sabunçu qəsəbə sakinləri Emil Muradov, Qüdrət Əliyev, Nicat Abdullayev, Vasif Baxşıyev ilə birgə Şöhrət Zülfüqarova və Yalçın İsmayılova məxsus “VAZ” markalı avtomobilləri qaçırdıqdan sonra yandırmaları da müəyyən edilmişdir.  

Həyata  keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Muradov, Q.Əliyev, N.Abdullayev və V.Baxşıyev tutulmuşlar.

17.10.2014 tarixinə olan kriminal məlumatlar