Oğurluq etmiş Bakı şəhər sakini Taleh Xəlilov tutulmuşdur
14.10.2014Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust-sentyabr-oktyabr ayları ərzində müxtəlif vaxtlarda Bakı şəhər sakinləri P.Bürcəliyevə, T.Babayevə, E.Məmmədova, R.Kərimova, B.Əliyevə və Y.Şərifova məxsus avtomobillərdən, habelə S.İsgəndərovanın, Ş.Aslanovun və S.Musayevin evlərindən pul, sənəd qızıl və məişət əşyaları oğurlamış paytaxt sakini Taleh Xəlilov tutulmuşdur.