Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmış Bakı şəhər sakini Məcidbəy Vəkilov tutulmuşdur

13.10.2014

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Vidadi Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmış Bakı şəhər sakini Məcidbəy Vəkilov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 11-də Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hüseyn Məlikov və Tahir Namazovla birgə İsmət Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilmişdir.

Araşdırmalar zamanı H.Məlikovun və T.Namazovun sentyabrın 15-də Sabiq Babayevə məxsus avtomobildən, habelə sentyabrın 27-də Əfqan Abdullayevə məxsus mağazadan pul, ərzaq məhsulları və tütün məmulatı oğurlamaları da müəyyən edilmişdir.

13.10.2014 tarixinə olan kriminal məlumatlar