Biləsuvar rayonunun Xırmandalı kəndində yol-nəqliyyat hadisəsi
12.10.2014Oktyabrın 13-də saat 06 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində İran İslam Respublikası vətəndaşı Vajir Fariborzun idarə etdiyi “Scania” markalı avtobusu aşırmışdır. Onun sərnişinlərindən - Neftçala rayon sakinləri Elşad Məhərrəmov, Afət Məhərrəmov və Təbib Məmmədov hadisə yerində ölmüş, digər 3 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.