Sabunçu rayonunun Savalan Məhəmmədi şossesində qəza hadisəsi
11.10.2014Oktyabrın 12-də saat 16 radələrində Sabunçu rayonunun Savalan Məhəmmədi şossesində Zərdab rayon sakini Fərhad Rüstəmovun idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Tahir Məmmədovun idarə etdiyi “VAZ-21043” markalı avtomobillər toqquşmuşdur. T.Məmmədov hadisə yerində ölmüş, onun sərnişini, habelə F.Rüstəmov və onun sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.