Gəncə şəhərində Ş.İ.Xətai prospektində yerləşən çayxanada lotereya oyunları təşkil edildiyi müəyyən edilmişdir
10.10.2014Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ş.İ.Xətai prospektində yerləşən çayxanada, oranın icarədarı – şəhər sakini Yasin Məmmədovun lotereya oyunları təşkil etməsi müəyyən edilmişdir. Oraya baxış zamanı üzərində “Golden Kend” sözləri yazılmış oyun çekləri, 74 manat pul, qəbzləri çap edən “Lpos” markalı aparat, “LG” markalı televizor və “Toshiba” markalı noutbuk aşkar edilərək götürülmüşdür.