Şəmkir rayonunun Çinarlı qəsəbə sakini Rəşid İmanovun qohumu Mirnazir Allahverənov tərəfindən qətlə yetirildiyi müəyyən edilmişdir
01.10.2014Oktyabrın 2-də Şəmkir rayonunun Çinarlı qəsəbəsində qəsəbə sakini Rəşid İmanovun ov tüfəngindən açılmış atəşlə qətlə yetirilmiş meyiti tapılmışdır.
Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin R.İmanovun qohumu Mirnazir Allahverənov tərəfindən törədilməsi müəyyən edilmişdir.
Hadisə yerində “Tula” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.Şəmkir RPŞ tərəfindən əməliyyat axtarış tədbirləri aparılır.