Gün ərzində 56 cinayət faktı qeydə alınmışdır
30.09.2014Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 56 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 7 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 12 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 29 nəfər tutulmuşdur.