Oğurluqla məşğul olan dəstə üzvləri tutulmuşlar
27.09.2014Baş Cinayət-Axtarış İdarəsi, Sabunçu RPİ 12-ci və 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 27-də Bakı şəhər sakinləri Ə.Mahmudovun, M.Şərifovun, D.Eyvazovun və E.Eyvazovun evlərindən pul, qızıl və bəzək əşyaları oğurlamış paytaxt sakinləri Xaliq Cəfərov, Həsən Kamilzadə və Samir Hüseynov tutulmuşlar.
X.Cəfərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun sentyabrın 21-də S.Əliyevanın evindən 2 ədəd mobil telefon və qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.