Keşlə qəsəbəsinin ərazisində qorunmayan keçiddə qəza hadisəsi
23.09.2014Sentyabrın 24-də saat 04 radələrində Keşlə qəsəbəsinin ərazisində qorunmayan keçiddə elektrovozla naməlum sürücünün idarə etdiyi “Saipa” markalı avtomobil vurulmuşdur. Sürücü avtomobili hadisə yerində atıb getmişdir. Nəticədə avtomobil yararsız hala düşmüş, 2 ədəd elektrik dirəyi, 2 ədəd qaz borusu, 1 ədəd elektrik və 1 ədəd qaz sayğacları aşmış, habelə qəsəbə sakini Seymur Cəbrayılova məxsus evin hasarının 3 kvm. hissəsi dağılmışdır.
NBPİ XPB tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.