Sabirabad rayon Çiçəkli kənd sakini Rza Qubadovdan narkotik vasitələr aşkar edilərək götürülmüşdür
21.09.2014Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çiçəkli kənd sakini Rza Qubadovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 267 kiloqram olan 74 ədəd çətənə kolu, evindən isə 10 kiloqram 325 qram marixuana, 1 ədəd əldədüzəltmə tüfəng, 26 ədəd müxtəlia çaplı patron, 22 ədəd giliz və 250 qram barıt aşkar edilərək götürülmüşdür.