Şamaxı şəhərində yol-nəqliyyat hadisəsi
20.09.2014Sentyabrın 21-də saat 21 radələrində Şamaxı şəhərində Şəki şəhər sakini Əlövsət İsmayılovun və Oğuz rayon sakini Nurlan Məmmədəliyevin idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Ə.İsmayılov və sərnişinləri - Şəki şəhər sakinləri Elçin Məmmədov, Elşad Hüseynov və Bakı şəhər sakini Fuad Abdulrəhmanlı hadisə yerində ölmüşlər.
Ə.İsmayılovun avtomobilinə baxış zamanı 100 qram marixuana aşkar edilərək götürülmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.