Suraxanı rayon sakini Z.Hacıağayevin həyətyanı sahəsində çətənə kolları, evindən isə marixuana aşkar edilərək götürülmüşdür
18.09.2014Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əmircan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Zakir Hacıağayevin həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 350 qram olan 6 ədəd çətənə kolu, evindən isə 2 kiloqram 29,44 qram marixuana aşkar edilərək götürülmüşdür.