Sentyabrın 13-də paytaxt ərazisində idarə etdiyi avtomobillə bir piyadanın ölümü ilə nəticələnən YNH-ni törədən sürücünün şəxsiyyəti müəyyən edilmişdir
18.09.2014Sentyabrın 13-də Səbail rayonu Neftçilər prospektində müəyyən edilməmiş avtomobillə 40-45 yaşlı kişi vurulmuş və həmin şəxs hadisə yerində ölmüşdür.
Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti və Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin Naxçıvan şəhər sakini Zöhrab Əkbərov olması, hadisənin isə “Mercedes” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Oleq Kopereyko tərəfindən törədilməsi müəyyən edilmişdir.