Sabunçu rayonu Pirşağı qəsəbəsində yol-nəqliyyat hadisəsi
17.09.2014Sentyabrın 18-də saat 04 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsində Bakı şəhər sakini Ramin Əsədov idarə etdiyi “Saipa” markalı avtomobili yolayırıcısına vurmuşdur. Sərnişinlərdən Samir Hüseynov hadisə yerində ölmüş, sürücü və digər 1 sərnişin xəstəxanaya yerləşdirilmişlər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.