Oğurluq etdiklərinə görə tutulmuş Siyəzən rayon sakini Səmiyar Quliyev, Bakı şəhər sakini Fətulla Əzizov və Masallı rayon sakini Məhəmməd Həbibovun digər cinayət əməlləri müəyyən edilmişdir
14.09.2014Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də Rəşad Nəbiyevə məxsus “Hyundai” avtomobildən avtoregistrator və açar oğurlamış Siyəzən rayon sakini Səmiyar Quliyev, Bakı şəhər sakini Fətulla Əzizov və Masallı rayon sakini Məhəmməd Həbibov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların sentyabrın 13-14-də İntiqam Hüseynova, Mahir Əsədliyə məxsus avtomobillərdən pul və məişət əşyaları oğurlamalrı, habelə Kərim Əbdülrəhmanzadəyə məxsus avtomobildən oğurluğa cəhd göstərmələri də müəyyən edilmişdir.