Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi
13.09.2014Sentyabrın 14-də saat 13 radələrində Ağdaş rayonunda rayon sakini Zamanəddin Kərimovun idarə etdiyi “VAZ-21183” və Qəbələ rayon sakini Akif Əzimovun idarə etdiyi “SAZ-3507” markalı avtomobillər toqquşmuşdur. Z.Kərimov və 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, onlardan Elxan İsmayılov orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.