Bakı şəhər sakini Ə.Rəhimova zor tətbiq edib mobil telefonunu və gödəkçəsini almış şəxslər tutulmuşlar
08.09.2014Cari ilin avqust ayının 29-da Binəqədi rayonu İ.Dadaşov küçəsində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Əbülfəz Rəhimova zor tətbiq edib mobil telefonunu və gödəkçəsini alıb hadisə yerini tərk etmişdir.
Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Astara rayon sakini Novruz Baxşıyev və Mingəçevir şəhər sakini Elgün Asifli tutulmuşlar.