Ucar şəhəri ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırmış şəxslər tutulmuşlar
06.09.2014Sentyabrın 6-da Ucar şəhəri ərazisindən şəhər sakini Abuzər Karamana məxsus “VAZ-2107” markalı avtomobil qaçırılmış və sentyabrın 7-də şəhər ərazisində tapılmışdır.
Ucar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Vüqar Yusifov, Orxan Babayev və Elçin Məmmədov tutulmuşlar.