Sentyabrın 4-də R.Mürşüdova məxsus inəyi oğurlamış şəxslər tutulmuşlar
04.09.2014Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Rafiq Mürşüdova məxsus 1 baş inəyi oğurlamış Çanaqçı kənd sakinləri Ramin Bayramov və Yolçu Rəhimov tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların, cari ilin iyul ayında rayon sakinləri Rasim Yusifova məxsus 1 baş qoyunu, Polad Sadıqova, Tahir Rzayevə və Faiq Rəhimova məxsus hərəsinin 1 baş inəyini oğurlamaları da müəyyən edilmişdir.