Sentyabrın 3-də H.Qayıbova məxsus qoyunları oğurlamış şəxslər tutulmuşlar
03.09.2014Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də Hilal Qayıbova məxsus 5 baş qoyunu oğurlamış Aşağı Güzdək qəsəbə sakinləri Rüfət İsrafilov, Rövşən Həsənov və Elnur Həsənov tutulmuşlar. R.İsrafilovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Lətif Şabanova və Bəşir Ağalarova məxsus 30 baş qoyunu oğurlaması da müəyyən edilmişdir.