Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bir avtomobili qaçırmış, digərinin isə dövlət qeydiyyat nişanlarını oğurlamış Bakı şəhər sakini F.Əsədov tutulmuşdur.

01.09.2014

Sentyabrın 1-də Bakı şəhər sakini Zarema Saarbəyovaya məxsus “Chevrolet Aveo” markalı avtomobilin oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “VAZ-2107” markalı avtomobilin Yasamal rayonu ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən aşkar edilmişdir.  

Çevik Polis Alayı və Yasamal RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil saxlanılmış, onun Rahib Səfərova məxsus avqustun 29-da qaçırılmış “VAZ-2107” markalı avtomobil olması müəyyən edilmişdir. Avtomobili qaçırmış və oğurluğu törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad Əsədov tutulmuşdur.

01.09.2014 tarixinə olan kriminal məlumatlar