Avqustun 25-də E.Orucovun 100 manatını dələduzluq yolu ilə almış qardaşlar tutulmuşlar
01.09.2014Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də Elçin Orucovun 100 manatını dələduzluq yolu ilə almış Hacıqabul rayon sakinləri Qasım Bağırov və onun qardaşı Eyvaz tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların, Bakı şəhər sakinləri Kamil Xəlilovun və Nüsrət Rzayevin etimadlarını qazanıb 340 manatlarını almaları da müəyyən edilmişdir.