Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yol-nəqliyyat hadisəsi
26.08.2014Avqustun 27-də saat 17 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində Daşbulaq kənd sakini Namiq Seyidov idarə etdiyi “Volkswagen” markalı avtomobili yol ayırıcısına vurmuşdur. N.Seyidovun sərnişinlərindən həmkəndliləri Rübabə Cabbarova və Ayna Qarayeva hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.