Avqustun 19-da Binəqədi rayonu ərazisində idarə etdiyi avtomobillə E.Tanrıverdiyevi vurub hadisə yerindən qaçmış sürücü saxlanılmışdır
19.08.2014Avqustun 19-da Binəqədi rayonu ərazisində Elvin Tanrıverdiyevi vurub hadisə yerindən qaçmış “Mercedes Vito” markalı avtomobilin Babək prospektində hərəktdə olması DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilmişdir. Görülmüş tədbirlər nəticəsində Bakı şəhər DYPİ əməkdaşları tərəfindən avtomobil saxlanılmış və sürücüsü - Gürcüstan vətəndaşı Asif Qəmbərov Binəqədi RPİ-yə təhvil verilmişdir.