Oğurluq etdiklərinə görə tutulmuş R.Moskalyovun və Türkiyə vətəndaşı A.Kutlunun törətdikləri digər cinayət faktları da müəyyən edilmişdir
16.08.2014Nəsimi RPİ əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Roman Moskalyovun və Türkiyə vətəndaşı Kutlu Ali Rizanın ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakinləri Vüqar Aslanova, Ramilə Mahmudovaya, Kamran Nuriyevə, Rəşad Hacıyevə, Sevda Nağızadəyə, Heydər Bəxtiyarova, Mais Yəhyayevə, Taleh Əhmədova, Ramil Həsənova və Cavanşir Məsimova məxsus avtomobillərdən pul, mobil telefon, sənəd və məişət əşyaları oğurlamaları, habelə Kutlu Ali Rizanın Mehman İbrahimova və onun oğlu Abbasa qarşı xuliqanlıq etməsi də müəyyən edilmişdir.