DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 19 cinayət faktı qeydə alınmışdır

03.05.2007

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 19 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır. - 2 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.