Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.08.2014Avqustun 9-u saat 10 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində Azaflı kənd sakini Samir Allahverdiyev idarə etdiyi "VAZ 21015" markalı avtomobili yolun kənarında dayanmış Ağbulaq kənd sakini Cavanşir Məmmədova məxsus “VAZ-2106” markalı avtomobilə vurmuşdur.
Nəticədə S.Allahverdiyev, C.Məmmədov və sərnişinləri Əsrik Cırdaxan kənd sakinləri Məsim Nağıyev, Telli Verdiyeva xəstəxanaya yerləşdirilmiş, M.Nağıyev orada ölmüşdür.
Tovuz RPŞ tərəfindən araşdırmalar aparılır.