Oğurluq etdiklərinə görə tutulmuş Elvin Alıyevin və Qorxmaz İsmayılovun digər cinayət əməlləri də müəyyən edilmişdir
04.08.2014Oğurluq etdiklərinə görə tutulmuş Elvin Alıyevin və Qorxmaz İsmayılovun ətrafında Sumqayıt ŞPİ 2-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların şəhər sakini İbrahim Muradovla birgə Şahin Quliyevin idarə etdiyi “AzRoşen” MMC-yə məxsus “İsuzi” markalı avtomobildən qaldırıcı qurğu və sənəd və Vasif Dadaşovun mağazasından 280 manat və tütün məmulatı oğurlamaları da müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə İ.Muradov saxlanılmışdır.