Pirallahı rayonu Dübəndi qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
02.08.2014Avqustun 3-də saat 17 radələrində Pirallahı rayonu Dübəndi qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Fuad Allahverdiyevin idarə etdiyi “Mercedes”, Bayramqulu Ağayevin idarə etdiyi “Volkswagen” və Elşad Ağayevin idarə etdiyi “QAZ-21” markalı avtomobillər toqquşmuşdur. F.Allahverdiyev hadisə yerində ölmüş, sərnişini, azyaşlı oğlu Yusif, habelə B.Ağayev və sərnişinləri Rasim Suleymanov, Əlvanə Məmmədova və onun azyaşlı qızı Aysu xəstəxanaya yerləşdirilmişlər.
Pirallahı RPŞ tərəfindən araşdırma aparılır.