Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.07.2014İyulun 30-u saat 14 radələrində Göygöl rayonunun Üçtəpə kəndi ərazisində Gəncə şəhər sakini Rəşad Həsənovun idarə etdiyi “VAZ-2107” markalı və Bakı şəhər sakini Ramin Əbdülrəhmanovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşmuşdur.
Nəticədə R.Həsənovun sərnişinlərindən arvadı Yeganə hadisə yerində ölmüş, özü və digər sərnişini anası Məlahət Quliyeva xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırmalar aparılır.