Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
29.07.2014İyulun 30-u saat 22 radələrində Qazax rayonunun Xanlıqlar kəndi ərazisində kənd sakini Tural Mirzəyev idarə etdiyi “VAZ-21014” markalı avtomobili aşırmışdır.
Nəticədə sürücü və sərnişinləri - Sənan Məmmədov və onun oğlu Vüsal xəstəxanaya yerləşdirilmişlər. Vəziyyətləri ağırdır. Qazax RPŞ tərəfindən araşdırmalar aparılır.