Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomobillərdən oğurluq edənlərin şəxsiyyətləri müəyyən edilmişdir

26.07.2014

İyulun 27-nə keçən gecə Sabunçu rayonunun Fətəliyev küçəsində yaşayan Vasif Məmmədova məxsus “VAZ-21074” markalı avtomobildən maqnitofon oğurlanmışdır.

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Pirşağı qəsəbə sakinləri Vüsal Zeynalov və Ceyhun Mirzəyev tutulmuş, Şahmar Fətullayev müəyyən edilmişdir.

Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Ş.Fətullayevlə birgə iyulun 27-nə keçən gecə M.Əmirov küçəsidə Hacıağa Cavadova məxsus “VAZ-21074” markalı  avtomobildən də maqnitofon oğurlamaları müəyyən edilmişdir.

26.07.2014 tarixinə olan kriminal məlumatlar