Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Lənkəran rayonunun Şıxəkəran kənd sakini Rasim Kərimov ölmüşdür
22.07.2014İyulun 22-si saat 15 radələrində Lənkəran rayonunun Türkəkəran kəndi ərazisində, Vel kənd sakini Anar Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Şıxəkəran kənd sakini Rasim Kərimovu vurmuşdur.
Xəstəxanaya yerləşdirilmiş R.Kərimov iyulun 23-də orada ölmüşdür.