DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilmişdir

17.07.2014

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oğuz rayon sakini İntiqam Həmidovun rayonun Xaçmaz kəndinin ərazisində yerləşən “Təpə yeri” istirahət mərkəzində, Şəki şəhər sakinləri Qəlbinur Məmmədlinin Kiş kəndinin ərazisində yerləşən “Kiş adası” istirahət mərkəzində, Elçin Əzizovun şəhər ərazisində yerləşən “FM Hotel”-də gəlir əldə etmək məqsədi ilə əxlaqsızlıq yuvaları təşkil etmələri müəyyən edilmişdir.  

Araşdırmalar aparılır.

17.07.2014 tarixinə olan kriminal məlumatlar