Bakı şəhər sakini Qüvvət Əliyevin Əfruz Əliyevanın kartından 172 manat oğurlaması müəyyən edilmişdir
14.07.2014Cari ilin iyun ayının 29-da Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Kapital Bank”-a məxsus bankomatdan qəsəbə sakini Əfruz Əliyevanın kartından istifadə etmək yolu ilə hesabındakı 172 manat oğurlanmışdır.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini Qüvvət Əliyev tərəfindən törədilməsi müəyyən edilmişdir.