Hacıqabul rayonu Padar kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
10.07.2014İyulun 11-də saat 07 radələrində Hacıqabul rayonu Padar kəndinin ərazisində Tərtər şəhər sakini Azər Nuriyevin idarə etdiyi “Hyundai” və Sumqayıt şəhər sakini Hamlet Qarayevin idarə etdiyi “BMW” markalı avtomobillər toqquşmuşdur. H.Qarayev hadisə yerində ölmüş, sərnişini – həmyerlisi Rövşən Əhmədəliyev, habelə A.Nuriyevin sərnişinləri – həmyerliləri Sənubər Musayeva və Şəhriyar Musayev xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.