Siyəzən şəhərində yaşayan Elnur və Rəvan Zəkiyev qardaşları su kanalında boğulmuşlar
04.07.2014İyunun 4-də Siyəzən şəhərində yaşayan Seyfulla Zəkiyev Siyəzən RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün oğlanları Elnurun və Rəvanın evdən çixaraq itkin düşmələrini bildirmişdir.
Sonradan S.Zəkiyev DİN-in «102 Zəng Mərkəzi"nə zəng edərək Elnurun və Rəvanın Zarat kəndinin ərazisindən keçən su kanalında boğulmaları barədə məlumat vermişdir.
Görülmüş tədbirlər nəticəsində Rəvanın meyiti iyulun 5-də kanaldan çıxarılmış, Elnurun meyitinin çıxarılması istiqamətində tədbirlər görülür.