Xaçmaz rayonu Nərəcan kəndində oğurluq etmiş şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri kənd sakini, əvvəllər məhkum olunmuş R.Qeybullayev tutulmuşdur
03.07.2014İyulun 3-də Xaçmaz rayonu Nərəcan kəndində Qələmnaz Bədəlovanın yaşadığı evə girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər onu döyüb evdən 3000 manat, qızıl və ev əşyaları aparmışdır.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - Nərəcan kənd sakini, əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayev tutulmuşdur.