Bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər sakini Ziya Səfərov tutulmuşdur
01.07.2014İyulun 1-də saat 23.00 radələrində naməlum şəxs taksafondan DİN-in "102 Zəng Mərkəzi"nə zəng edərək paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yerləşən “Plaza” barına partlayıcı maddə qoyulması barədə məlumat vermişdir.
Dərhal müvafiq tədbirlər görülmüş, məlumat təsdiqini tapmamışdır.
Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilə-bilə yalan məlumatı vermiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Səfərov tutulmuşdur.