Bakı şəhər sakini Rüfət Qəhrəmanov tutulmuşdur
29.06.2014İyunun 25-də Səbail rayonu Bülbül prospektində naməlum şəxs Bakı şəhər sakini İsmayıl Orucova zor tətbiq edərək içərisində 50 manat və mobil telefonu olan pul kisəsini almışdır.
Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Rüfət Qəhrəmanov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 26-da “Park Bulvar” ticarət mərkəzində Bakı şəhər sakini Yadigar Ağayevə məxsus “KİA” markalı avtomobildən mobil telefon oğurlaması da müəyyən edilmişdir.