Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
27.06.2014İyunun 28-də saat 23 radələrində Qaradağ rayonu Sahil qəsəbəsinin ərazisində qəsəbə sakinləri Vasif Orucovun idarə etdiyi “VAZ-2106”, Hüseyn Səlimovun idarə etdiyi “Mercedes” və Bakı şəhər sakini Fərahim Xəlilovun idarə etdiyi “Chevrolet” markalı avtomobillər toqquşmuşdur. V.Orucovun sərnişini, Şəki rayon sakini Vüqar İsmayılov hadisə yerində ölmüşdür.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.