Salyan rayonunun Kürqaraqaşlı kəndində yol-nəqliyyat hadisəsi
22.04.2007Saat 18:25 radələrində Salyan rayonunun Kürqaraqaşlı kəndində, kənd sakini Emin Salmanovun idarə etdiyi "VAZ-2107" markalı və Neftçala rayon sakini Fərid Nağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə "VAZ-2106" markalı avtomaşının sərnişini, Bakı şəhər sakini İsmayıl Qasımov hadisə yerində ölmüşdür.